AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.
Mia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
28 dekabr 2025-ci il tarixində keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.
Bundan baqşa, AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib. Buna səbəb onunn "Xocalı" ilə matçda hakimləri təhqir etməsi olub.