Ziraat Türkiyə Kubokunun C qrupunun ikinci matçında "Qaziantep" "Kocaelispor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçın 13-cü dəqiqəsində "Qaziantep"in oyunçusu Tayyib Talha Sanuç, 90+1-də isə "Kocaelispor"lu Habib Keita qırmızı vərəqə ilə meydandan qovulub.

Oyuna gəldikdə isə 90 dəqiqə azlıqda oynayan "Qaziantep" 87-ci dəqiqədə Kristofer Lungoyinin qolu ilə oyundan üstün ayrılıb - 1:0.

Bu nəticə ilə "Qaziantep" qrupda ilk qələbəsini və ilk xalını qazanıb. "Kocaelispor"un da 3 xalı var.

Fərid ASLAN

MİA.AZ