"Səbail" komandaya yeni oyunçu cəlb edib.
Mia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Klub "Şahdağ Qusar"ın hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Səbail"də "9" nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə 7 qola imza atıb.