"Qalatasaray"ın Belçikanın "Brügge" komandasında oynayan yarımmüdafiəçisi Rafael Onyedika və klubu illə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu bu transfer üçün "Brügge"yə 23 milyon avro ödəyəcək.

Məlumata görə, 24 yaşlı Onyedikanın özünə isə illik 1 milyon avro sabit maaş veriləcək

Xatırladaq ki, bu mövsüm 24 oyun keçirən nigeriyalı yarımmüdafiəçi 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Zülfiyyə

MİA.AZ