Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü Hüseynova Lətafət Bahəddin qızı idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.