Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur.

Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.