İstiqlalçı deputat, Şərurun sabiq polis rəisi Allahverdi Həsənov vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli məlumat yayıb.

Onun sözlərinə görə, keçmiş polis rəisi bu gün doğulduğu Şərur rayonunun Oğlanqala kəndində torpağa tapşırılıb.

Bakıda yas mərasimi yanvarın 16-sı Babək prospektinə yaxın, SOCAR-ın Mərasim Evinin ikinci mərtəbəsində keçiriləcək.

Allah rəhmət eləsin!