Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən biri olan Nemət Pənahlını məhkəməyə verir.

Mia.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında sabiq dövlət başçısının oğlu bildirib.

“Nemət Pənahlının müsahibəsini yeni oxumuşam. İndi vəkili gözləyirəm. Gəlsin, iddianı hazırlayıb məhkəməyə təqdim edəcəyik”, – Ərturqut Əliyev vurğulayıb.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub.

80-ci illərin sonlarında Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.

Ə.Elçibəy 1992-ci il iyunun 17-də Azərbaycan Prezidenti (ikinci prezident) seçilib. Bir il sonra – 1993-cü il iyunun 24-də hakimiyyətdən devrilib.