"İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır. Rza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb".
Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Pəhləvini həvəsləndirən İranda son etiraz yürüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub:
"Halbuki, İranda yaşayan müxtəlif millətlər, o cümlədən azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər. Buna baxmayaraq, molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Tel-Əvivin Rza Pəhləviyə inamı artacaq, əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar".
Hüseyn Namazov
MİA.AZ