Dünən Türkiyə müdafiə naziri Yaşar Gülərin Suriyada PKK-nın silahlı qolu olaraq 80 minə yaxın silahlı dəstəni özündə birləşdirən Suriya Demokratik Qüvvələrinə (SDQ/YPG) "silahı yerə qoyun" çağırışının mürəkkəbi qurumamış bu gün Suriya ordusu əks hücuma başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq qanuni Suriya ordusu son günlərdə tez-tez mülki şəxslərə və ordunun mövqelərinə zərbələr edirən SDQ/YPG-nin canlı qüvvələri və hərbi texnikalarına qarşı genişmiqyaslı qarşı əməliyyata start verib.

Məlumata görə, hazırda Ordu tərəfindən Hələbin bəzi ərazilərində kürd silahlıları ağır dərəcədə bombalanır, bəzi bölgələrdə isə toqquşmalar şiddətlənib

Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, 10 mart razılaçmasından yayınan SDQ/YPG terror təşkilatına qarşı əməliyyatı təsdiqləyib.

XİN-dən bildiirilib ki, əməliyyatla bağlı Hələbdə komendant saatı elan edilib.

Suriya ordusu isə əməliyyatların genişləndiriləcəyi və Hələbin çox tezliklə tamamilə təhlükəsiz şəhərə çevriləcəyini bildirib: "Əməliyyatda sas məqsəd şəhərdəki silahlı qrupları zərərsizləşdirmək və ictimai asayişi bərpa etməkdir. Biz çox qısa zamanda buna nail olacağıq. Hərbi əməliyyatlarımız beynəlxalq hüquqa uyğun olaraq aparılır. Silahlı qrupları məhv edərkən mülki şəxslərin təxliyəsinə də diqqət yetiririk"

Tahir Şəlvəli

MİA.AZ