Dünyada və ölkəmizdə proseslər o qədər sürələ inkişaf edir ki, bəzən nə baş verdiyini idrak etmək mümkün olmur.
Yola saldığımız 2025-ci ildə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə AXCP sədri Əli Kərimlinin sensasion ittihamla həbsi, Baş nazirin sabiq müavini Abbas Abbasovun axtarışa verilməsi, SOCAR-ın keçmiş vəzifəli şəxsi və media maqnatı Adnan Əhmədzadənin saxlanılması, Bəylər Əyyubovun qohumlarının, o cümlədən icra başçılarının əməliyyatla qandallanması kimi səs-küylü hadisələrlə yanaşı, bəzi məmurların vəzifə öhdəlklərindən bixəbərliyi cəmiyyətin bir nömrəli müzakirə mövzuları olub.
Mia.az-ın əməkdaşı bu və ya digər proseslərlə bağlı AMİP Siyasi Şurasının üzvü, adıçəkilən partiyanın fəxri lideri Etibar Məmmədovun köməkçisi Əli Oruclu ilə söhbətləşib.
- Əli bəy, 2025-ci il bir çox sensasiyalı siyasi həbslərlə yadda qaldı. Neft maqnatı Adnan Əhmədadə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli həbs edildi, Prezident katibliyinin rəisi Bəylər Əyyubovun yaxın ətrafı işdən çıxarıldı, tutuldular. Sizcə, bu kimi həbslərin davamı gözlənilir?
-Yola saldığımız il diplomatik sahədə bir çox uğurlarla imza atılsa da, daxili problemlərlərin həlli nəniki mümkün olmadı, üstəlik, yeniləri ilə yükləndi. Yeni il qabağı hökümət qiymətləri və rüsumları artırdı, quru sərhədləri bağlı saxladı. Paroblemlərin həlli ilə bağlı gözləntilər özünü doğrultmadı.
Fundamental islahatlara gedilmədi, idaretmə köhnə qayda ilə yarıtmaz şəkildə davam etdi. Bir daha məlum oldu ki, şəffaflıq və hesabatlılıq olmadığından dövlət əmlakı dağıdılıb, talan edilib, etimaddan sui-istifadə edilərək, ayrı-ayrı yüksək vəzifəli şəxslər özlərinə biznes imperiyası qurub, hakimiyyət üzərində nüfuz sahiblərinə çevriliblər. Onlar o qədər şişiblər, o qədər özlərini cəzasızlıq mühitində hiss ediblər ki, dövlət içərsində dövlət yaradıblar. Çirkli yollarla qazandıqları milyardları Azərbaycana qarşı, onun maraqlarına qarşı yönəltməkdən belə çəkinməyiblər.
Adnan Əhmədadə, Ramiz Mehdiyev və digərlərinin simasında korrupsiyalaşmış və harınlaşmış fiqurların Azərbaycan üçün nə qədər təhlükəli olduğunu bir daha gördük. Bunlardan nəticə çıxarılmalıdır. Dəbdəbəli və qlamur həyat tərzi keçirənlərdən, milyonlar xərcləyən məmurlardan səlahiyyətli orqanlar bunların hardan və hansı yollarla əldə edilməsini soruşmadı. İndi də eyni tendensiyalar davam edir.
Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında 2005-ci ildə qanun qəbul olunub. Həmin qanunda hər il vəzifəsindən asılı olmayaraq, hər bir məmur gəlirləri barədə müvafiq quruma hesabat verməsi tələb olunur. Baxmayaraq ki, bu qanunda da şəffaflıq və aşkarlıq öz əksini tapmayıb. Əksinə, məmurların hesabatları şəxsi sirr kimi məxfi saxlanılır. Niyə məxfi saxlanılmasının də səbəbi ondan ibarətdir ki, digər qanunlar kimi bu qanun da imtiyazlı şəxslərin və hakimiyyətin maraqlarına xidmətə uyğunlaşdırılmasıdır.
Bu gün Adnan Əhmədzadə və Ramiz Mehdiyev kimi, hələ onlardan da təhlükəli və geniş imkanlara malik vəzifədə olanlar var. İctimai nəzarət, azad media, publik rəylə hesablaşılmayan ölkələrdə bu kimi neqativ hallara münbit şərait yaranır. Üstəlik də siyasi partiyalar və seçki sistemi də dağıdılıb. Məhkəmələrə icra orqanlarının və kənar faktorların təsiri qalmaqdadır. Korrupsiya bütün sahələr yayıldığından və bunun qarşı qəbul edilən dövlət proqramları, qanunvericilik və atılan addımlar istənilən effekti verə bilmir. Çünki bu bəlaya qarşı kompleks tədbirlər həyata keçirilmir və korrupsiyanın yaradan hallara qarşı mübarizə aparılmır. İnzibati üsullarla və yaxud həbslərlə, cəza mexanizmləri ilə də heç nəyə də nail olmaq mümkün olmur.
Onu da qeyd etmək lazımdır ki, cəmiyyətin özü də artıq korrupsiyanı və rüşvətxorluğu həyatın adi norması hesab etdiyindən hətta prezidentin çağırışına etinasız yanaşır. Cənab prezident İlham Əliyev dəfələrlə həm medianı, həm cəmiyyəti, həm ölkə vətəndaşlarını neqativ hallara və məmurların qanunsuz əməllərinə qarşı birgə fəal olmağa çaırsa da, bu fəallıq hiss edilmir. Yoxdur. Fərdi şəkildə məmurların həbsi və cəzalandırılmasını çıxış yolu hesab etmirəm. Bir halda ki, həmin cəzalar da törədilən cinayətə proporsiya olmur, onda belə cəzalandırılma isə ictimaiyyətdə birmənalı qarşılanmır.
Digər tərəfdən, həbs edilən adlarını çəkdiyiniz şəxslərin cinayət işləri barədə ibtidai istintaq davam etdirilir. Xüsusilə ağır cinayətlərdə ittiham olunan R.Mehdiyevin digər tərəfdaşları müəyyən ediləcək. Çünki sabiq aparat rəhbərinin cinayət əməlini təkbaşına, yaxud məhdud şəxslərlə planlaması və həyata keçirəcəyi ağlabatan deyil. Odur ki, cari ildə də yeni həbsləri və sürpriz isimlərin ortaya çıxacağı gözləniləndir. Azərbaycanda elə bir mühit formalaşıb ki, istənilən məmuru suçlamaq, həbs etmək, ona ittiham irəli sürmək elə də çətin deyil.
- İddialar var ki, qarşıdakı aylarda Bəylər Əyyubova yaxın şəxslər, o cümlədən SOCAR-ın sabiq rəhbəri, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayev, o cümlədən 20-dək icra başçısı vəzifələrini itirəcək...
-Vəzifə əbədi deyil. Doğrudur, Azərbaycanda ölənədək vəzifəsində qalma praktikası da var. Ancaq kimlərin vəzifədə qalması və kimlərin postlarından kənarlaşdırlılması cənab prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aiddir. Sözsüz ki, etimadı doğrultmayanlar vəzifələrini itirəcəklər. Necə ki, bu vaxtadək belə olub.
Sonuncusu Nəsimi Rayon İcra hakimiyəti başcısı cəmi 47 gün vəzifədə qala bildi. Mənim rayon icra hakimiyyətləri ilə bağlı mövqeyim tam fərqlidir. Fikrimcə, yerli icra hakimiyyətləri köhədən qalan və korrupsiyalaşmış bir qrum olduğundan ləğv edilməlidir. Onun əvəzində iqtisadi rayonlar üzrə prezidentin şəxsi nümayəndəliyi yaratdılmalıdır. Rayonların da idarəeilməsi bələdiyyələrə verilməlidir. Kollektiv darəçəliklə və hesabatlılıqla, xalqın sərbəst iradəsi ilə formalaşdırılan təsisatlarla mübət irəliləyişlərə nail olmaq olar. Hansısa məmuru vəzifədən kənarlaşdırmaqla, cəzalandırmaqla, yerdəyişməklə nəticə hasil olunmaz. Azərbaycanda karyera yüksəlişləri, vəzifələrə təyinat hələ də nepotizm üzərində həyata keçirilir. Kadrlar peşəkarlığa, təcrübəyə, qabiliyyətə görə deyil, qohumluq və mədud dairəyə yaxınlığa görə seçilir və təyinat alır. Bir sıra hallarda isə təyan aldığı sahələrə zərrə qədər də aidiyyatı olmur və həmin sahədən məlumatsız olur.
Misal üçün Kənd Təsərrüfatı Nazirliyini götürək. Ən strateji sektor olan aqrar sektorun başında duranların heç biri uyğun kadrlar deyil. Hüquqşünas, politoloq, psixoloq, müsiqişünas kimi ixtisaslara sahib kadrlar bu nazirlikdə vəzifə başına gətiriliblər. Dəfələrlə deyilsə də, iradlar, tənqidlər səsləndirilsə də vəziyyət dəyişməz qalır. Niyə? Çünki ictimai rəyə məhəl qoyulmur və həmin şəxslərin arxasında çox nüfuzlu simalar dayanır. Şəxslər, kadrlarla yanaşı idarəetmə fələsfəsi də fundamental olaraq qəyişməlidir. İndiki sistemdə isə kadrlar heç nəyi həll etmir. Ən müasir dünyagörüşünə və intellektə malik olsa belə sistemin içində əriməyə məhkumdur. SOCAR-a yeni rəhbər təyin edib, ancaq köhdənən daha pis idarə olunur. Bu cür nümunələri çox saymaq olar.
- Əli bəy, son aylar bəzi icra başçılarının vəzifələrinin mahiyyətindən bixəbər olmaları hallarına rast gəlinir. Məsələn, Qaradağaən icra başçısı rayonda total rüşvət hallarına yer verib, Xətainin icra başçısı Raqif Quliyev Prezidentin rayondakı rəsmi nümayəndəsi olduğunu anlamadan rəsmi tədbirdə müğənni Röya Ayxanın dalıycan qaçır, ona hesabat verir. Bu kimi xoşagəlməz hallar onların savadsızlığından, yoxsa dövlət ərkanından bixəbər olmalarından qaynaqlanır?
- Təəssüflər olsun ki, icra başçılarının çoxu "Yerli İcra hamiyyətləri haqqında əsasnamə"ni oxumayıblar. Ona görə, vəzifə və səlahiyyətlərini də tam bilmirlər. Onların bir çoxu özlərini yerlərdə qeyri-məhdud səlahiyyət sahibləri hesab edirlər. Təsadüfi deyil ki yerli icra başçılarına xalq arasında "kiçik padşah"lar deyilir. Onlar lap yüksəklərdən himayə olunmasalar, məsuliyyətlərini dərk etsələr, belə özbaşınalıqlara yol verməzlər. Hardasa çəkinəcəkləri ünvan olar. Başçıların son rotasiyası zamanı cənab prezidentin də dediyi kimi, bu vaxta qədər bəzi hallarda Aparatdan verilən qanunsuz tapşırıqları icra ediblər. Bu cür qanunsuz tapşırıqları verənlərdən biri, daha doğrusu, ən nəhəngi Ramiz Mehdiyev arıq həbs olunub. Burda məntiqi sual çıxır təkcə R.Mehdiyevmi belə qanunsuz tapşırıqları verib? Yaxud zamanında niyə icra başçıları bu qanunsuz tapşırıqlar barədə cənab Prezidentə məlumatlar verməyiblər? Cinayəti bilib məlumat verməmək, gizlətmək özü də hüquqi məsuliyyət yaradır. Barmaqla sayılacaq icra başçısı bu gün öz vəzifəsinə vicdanla yanaşdığını söylə bilərik. Əksəriyyəti öz biznesləri, öz işləri ilə məşğuldurlar.
Təkcə Qaradağ yaxud Xətai rayonlarının icra başçıları deyil. Röya Ayxan Azərbaycanın sevilən sənətkarıdır. Onun arxasınca qaçmağı böyük qəbahət deyil, ən böyük qəbahət ondadır ki, insanların, cəmiyyətimizin daha vacib problem və çatışmazlıqlarının dalıyca belə qaçmırlar. Cəmiyyətin problemləri sondan əvvələ sıralanır onlar üçün.
- 2026-cı ildən gözləntiniz nədir? Ölkədən sosial rifah, siyasi fəaliyyət və planlanan islahatlarla bağlı nələrsə gözləyirsinizmi?
- 2026-cı ilin ölkəmiz üçün uğurlu və düşərli il olacağına ümid edirəm. Bunun üçün hər cür resurslar və imkanlar mövcuddur. Yetər ki bunları doğru istiqamətə səfərbər edilsin. Səhvlərdən nəticələr çıxarılsın. İslahatlar sözdə deyil əməldə həyata keçirilsin. Neft erası artıq başa çatır. Hökumət büdcəni xalqın yükləmələr doldurma yolunu tutacaqsa bu ciddi daxili sosial iqtisadi gərginliklərə yol açacaq. Odur ki fundamental reformlara gedilməlidir. Seçkili institutaların cəmiyyətdə fəal mövqe tutulmasına şərait yaradılmalıdır. Doğrusu əhalinin rifah halının yaxşılacaöı barədə nikbin proqnozlar verə bilmirəm. Çünki bunun heç üfiqdıə işartıları da görsənmir. Hökümətin qırımından da aydın sezmək olur ki, pozitiv dəyişikliklər etməyə həvəsli deyil.
F.ƏHMƏD
MİA.AZ