"Heç bir terrorçu, xain və düşmənin Türkiyədə məqsədinə çata bilməz, bilməyəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı Yalovada İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı şəhid plıan 3 polislə bağlı başsağlığı mesajında deyib.

O bildirib ki, ölkə olaraq buna əsla taviz verilməyəcək: "Daxili sülhün, təhlükəsizliyin və əmin-amanlığın "terrorsuz Türkiyə" məqsədi ilə gücləndirildiyi bir dövrdə, bu səhər Yalovada sionist-imperialist pisliyin aləti və bəşəriyyətin ortaq düşməni olan İŞİD terror təşkilatının yeni qanlı təxribatı təşkil edildi. 3 qəhrəman polis zabitimiz şəhid olub, 8 polis zabitimiz və bir mühafizəçimiz yaralanıb. Millətimiz əmin olsun ki, terror bəlasının kökləri silinəcək".

Şəhid ailələrinə, millətə və ölkəyə başsağlığı verən və onlara səbr və güc arzulayan Baxçalı qeyd edib ki, heç bir qüvvə belə hücum, sui-qəsd və ya təxribatla onlar yolundan döndəər bilməz: ""Terrorsuz Türkiyə" qətiyyətimiz davam edəcək".

Firudin Səfərli

MİA.AZ