ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı Floridadakı görüş nikbin notlara bitib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdən sonra açıqlama verən Zelenskinin sözlərinə görə, 20 bəndlik sülh planını hərtərəfli müzakirə olunub.

O qeyd edib ki, sülhə hazırdırlar: "Görüşdə təhlükəsizlik zəmanətləri, Donbasdakı ərazi mübahisəsi və Zaporojye atom elektrik stansiyasının idarə olunması kimi vacib məsələlər müzakirə olundu. Bir sözlə, 20 bəndlik sülh planını detallı müzakirə etdik, sülhə hazırıq. Sülh planının hər bir bəndi üzrə referendum keçirə bilərik. Biz böyük uğurlar qazandıq. ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı 90 faiz razılığa gəliblər. ABŞ, Avropa və Ukrayna üçlü təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, demək olar ki, 100 faiz razılıq var. Komandalarımızın prosesi yekunlaşdırmaq üçün yaxın həftələrdə NATO və Aİ rəsmiləriilə görüşəcək. Tramp bizi, Avropa liderlərini və Ukrayna nümayəndə heyətini, bəlkə də yanvar ayında Vaşinqtonda qəbul edəcək."

Tramp da görüşdən sonra ümidverici bəyanat verib: "Zelenski ilə görüş fantastik idi. Hər şeyi müzakirə etdik. Sülhə əvvəlkindən daha yaxınıq; həm Putin, həm də Zelenski sülh istəyir. Əgər işlər yaxşı gedərsə, Ukrayna ilə bağlı razılaşma həftələr ərzində əldə edilə bilər. Rusiya Ukraynanın Donbassı geri çəkməsini istəyir. Ancaq hesab edirəm, onlar, Putin bu tələbdən vaz keçməlidir. Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əksəriyyətini təmin edəcək. Üstəlik, Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək. Biz həmçinin nüvə elektrik stansiyasını müzakirə etdik. O, dərhal işə düşməlidir. Bunları  Putinlə həll yoluna qoyacağıq."

Samir Musayev

MİA.AZ