1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədi açılır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müvafiq qərarla sərhədin 1 yanvar 2026-cı ildən açılması planlaşdırılıb.
Məlumata görə, birinci mərhələdə sərhəddə yeni yaradılan xidmət məntəqəsi yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün xidmət göstərəcək.
Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə sərhədində müasir infrastruktur və qabaqcıl texnoloji avadanlıqların təmin edilməsi üzərində iş gedir: "Dəmir yolu layihəsi Ddə bu prosesdə mühim rol oynayacaq. Bu infrastruktur Ermənistan-Azərbaycan, Ermənistan-Gürcüstan, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində istifadə olunacaq".
Samir MUSAYEV
MİA.AZ