Praktik psixoloqların ilk Respublika konfransı keçirilib.

Mia.az xəbər verir ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən ikigünlük konfrans elmi biliklərin, texnologiya və real praktik təcrübənin bir araya gəldiyi platformaya çevrilib.

Konfransın məqsədi praktik psixoloqların elmi bilik və təcrübələrinin bir araya gətirilməsi, elmi yanaşmaların praktik sahədə tətbiqinə və mütəxəssislərin peşəkar inkişafına dəstək olub. Tədbirdə nəzəri biliklərlə yanaşı, real praktik təcrübələr, müasir texnologiyalar və interaktiv müzakirələr də iştirakçılara təqdim olunub.

Konfransın məruzəçiləri arasında psixoligiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev, həkim-psixiatr Orxan Fərəcli, həkim-nevroloq Səyanə Əliyeva, uzman klinik psixoloq Narınc Rüstəmova, klinik psixoloq Xudaverdi Məmmədov, klinik psixoloq, EMDR terapevt Süleyman Məmmədzadə, klinik psixoloq Şəbnəm İslamlı, sosial psixoloq, neurostimulasiya üzrə mütəxəssis Leyla Məmmədova, loqoped Nərmin Rüstəmova olub.

Konfrans çərçivəsində EMDR və Neurofeedback aparatları ilə praktik nümayişlər və canlı təqdimatlar (vörkşoplar (Praktik sessiya)) keçirilib. İştirakçılar bu aparatların psixoterapiya və davranış korreksiyasında real tətbiqini izləyib, onların funksiyası və istifadə prinsipləri haqqında əyani məlumat əldə edib. Vörkşoplar həmçinin psixoloji diaqnostika və terapiya sahəsində texnologiya ilə elmin inteqrasiyasını nümayiş etdirərək, müasir psixoloji yanaşmaların praktik tətbiqini əyani şəkildə təqdim edib. İştirakçılar həmçinin psixologiya sahəsində elmi biliklərini praktik işlə birləşdirmək və müasir texnoloji yanaşmaları tanınması yoluyla praktik biliklər və yeni peşəkar əlaqələr qazanıb.

Sonda onlara sertifikatlar təqdim olunub.

Zülfiyyə Mustafayeva

Mia.az