Türkiyədə daha bir jurnalist saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yutub kanalında son günlər ölkədə aparılan narkotik əməliyyatları barədə çıxış edən jurnalist Barış Terkoğlu bu gün az əvvəl tutulub.
Məlumata görə, o, çıxışında son həfətlər məşhur şəxslərin narkotiklə saxlanmasını şərh edərək, deyib ki, yaxın keçmişdə "Kitabxana" kod adlə əməliyyat zamanı bir məkanı basan polislər orada prokurorla qarşılaşıblar. Jurnlaist iddia edib ki, həmin vaxtı onun adı gizlədillib. İddiaya görə, jurnalist məhz bu sözlərinə görə saxlanılıb.
Firudin Səfərli
MİA.AZ