Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı Nəriminə Əsədova vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

P.S. Mia.az-n məlumatşna görə, 41 yaçşlı Nərimənə Əsədova xərçəng xəstəsi imiş...