Xəbər verildiyi kimi, Ankarada qəzaya uğrayan Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon-50 tipli özəl təyyarə ilə bağlı gizlinlər açıqlanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 20:31-də idarəetmə qülləsi ilə əlaqə saxlayan təyyarənin pilotu  "PAN-PAN" adlı təcili anons verib.

Məlumata görə, pilot eyni zamanda 7700 təcili kodunu aktivləşdirib: "Bundan sonra təyyarə Esenboğa Hava Limanına qayıtmağa çalışıb, lakin təyyarə ilə əlaqə saat 20:38-də tamamilə kəsilib. Pilotun son sözləri isə "Nasazlıq çox ciddidir" kimi qeydə alınıb".

Xatırladaq ki, Malta Mülki Aviasiya şirkətində qeydiyyatdan keçmiş Falcon-50 tipli özəl təyyarədə Liviyanın Baş qərargah rəisi başda olamqla, 4 generalı həlak olub.

Firudun Səfərli

MİA.AZ