Rusiyadan dünyanı heyrətləndirən planını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Ayda Elektrik Stansiyası tikəcək.
Bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") xüsusi məlumat yayıb.
"Roskosmos"dan bildirilib ki, 2036-cı ilə qədər bu planı icra edəcəklər: "Artıq bununla bağlı "Lavoçkin" kosmik şirkətlə müqavilə imzalanıb. Müqavilə çərçivəsində birgə işlər nəticəsində Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi hədəfləyir".
Məlumat üçün onu da bildərək ki, "Roskosmos" və Çin Milli Kosmik Administrasiyası arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.
Samir MUSAYEV
MİA.AZ