Bu gün tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur.

Mia.az xəbər verr ki, ali dərəcəli neyrocərrah, 5 mindən çox  neyrocərrahiyə əməliyyatının müəllifi olan R.Musayev sözügedən sahənin ən tanınmış və təcrübəli həkimlərindən biridir. 

Rəşid Musayev 1941-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndində dünyaya gəlib.

Orta təhsilini kəndlərindəki və qonşu Noyenberyan rayonunun Zənbəli kəndindəki məktəblərdə alan gənc Musayev 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub və  1968-ci ildə oranı bitirib. Həkimlik həyatına Rusiyanın Vladivostok şəhərindəki hərbi hospitalda neyrocərrah kimi başlayan təbib daha sonra Leninqrad (indiki Sankt-Peterburq) Neyrocərrahiyə İnstitutunda sözügedən ixtisası üzrə ordinatura dərəcəsini alıb. Az sonra Vətənə dönərək Respublika Klinik Xəstəxanasında neyrocərrahiyə şöbəsində ordinator, şöbə müdiri vəzifələrini icra edib.

1985-ci  ildən bəri Neyrocərrahiyə Mərkəzində şöbə müdiri olan R.Musayev 2021-c i ildə təqaüdə çıxıb. 

Qeyd edək ki, peşəkar karyerası ərzində onlarla gəncin bir həkim kimi yetişməsində də əvəzsiz əməyi olan R.Musayev təqaüddə olmasına baxmayaraq, bu gün də təcrübəsini və biliyini gənc nəsil ilə bölüşür.

Məhəmməd Tağıyev