Vatikan dövlətinin başçısı Papa XIV Leo Yeni il bayramı ilə bağlı dünyaya mürraciət ünvanlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Milad bayramında bütün dünyada, xüsusən də Rusiya-Ukrayna müharibəsində 24 saatlıq atəşkəs elan etməyə çağırıb.
Papa Roma yaxınlığındakı Kastel Qandolfodakı iqamətgahından jurnalistlərə açıqlamasında Rusiyaya xüsusi yer ayırıb: "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın Milad atəşkəsinə riayət etməkdən imtina etməsidir. Bir daha bütün xoşməramlı insanlara müraciət edirəm: heç olmasa İsanın doğumunu qeyd edən bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs elan edilsin."
Lamiyə
MİA.AZ