ABŞ prezidenti Donald Tramp Venesuelanın dövlət başçısı Maduronu ölümlə təhdid edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu ölkənin blokadasınn davam edəcəyini bəyan edib.
Tramp bildirib ki, əgər Venesuela lideri Maduro səhv edər və ya hər hansı bir təxribata əl atarsa, bu, ona baha başa gələcək: "Nəhəng Amerika donanması blokadanı davam etdirəcək. Maduroya deyirəm: istədiyini edə bilərsən, lakin əgər çox sərt oynasan, bu, son oyunun olacaq"
Tramp bildirib ki, Cənubi Amerikada indiyə qədər sahib olduqları ən böyük donanmaları var: "ABŞ Karib dənizində narkotik daşıyan şübhəli gəmiləri hədəf almağa və Venesueladan gələn neft tankerlərini ələ keçirməyə davam edəcək".
Tramp daha sonra Kolumbiyanın kokain istehsal etdiyini və ABŞ-a göndərdiyini iddia edib: "Orada narkotik fabrikləri var. Onlar Kolumbiyada kokain istehsal edirlər. Kolumbiya prezidenti Qustavo Petro ehtiyatlı olmalıdır, çünki o, kokain istehsal edir və ABŞ-a göndərir".
Samir MUSAYEV
MİA.AZ