Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.
Xatırladaq ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.