"CNN Türk"ün müxbiri Merve Tokaz həyatına təhlükə olduğunu bəyan edib.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Xanım aparıcı bildirib ki, narkotik ittihamı üzrə istintaqa cəlb olunan "Fənərbağça"nın prezidenti Sadettin Saran haqqında reportaj hazırladıqdan sonra ölüm təhdidləri aldığını bildirib.
Tokaz deyib ki, o, yalnız rəsmi xəbərləri yaysa da, təhdidlər dayanmır, əksinə, daha da şiddətlənib: "Mən yalnız məhkəmə orqanlarından aldığım məlumatları birbaşa və qərəzsiz şəkildə auditoriyaya çatdırdım. Əgər mənə bir şey olsa, cinayətkarlar sosial mediada aydın görünürlər..."
"CNN Türk"ün müxbirinin xəbərdarlıq mesajını aşağıda olduğu kimi təqdim edirik:
Firudin Səfərli
MİA.AZ
