2025-ci ilin dekabrın 19-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və İşçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Dövrün tələblərinə uyğun olaraq olaraq yenidən işlənilmiş “Məhkəmə fəaliyyətinə dair yeni statistik hesabat formaları” layihəsi təsdiq edilib. Həmçinin, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları” layihəsi müzakirə olunub.
Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə fəxri fərmanla təltif ediliblər.