Meyxanaçı Ağakərim Maştağada dəfn olunub.

Mia.az xəbər verir ki, mərasimdə meyxanaçının sənət dostları, yaxınları iştirak edib.

Mərhumun nəşi Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.***

Meyxanaçı Ağakərim - Kərim Novruzov vəfat edib.

Meyxana ustadı Ağamirzə Məmmədov bildirib ki, Ağakərim bu gün Maştağada - valideynlərinin yanında dəfn olunacaq: "Vida mərasimi də Maştağa kəndində keçiriləcək. Allah ailəsinə, yaxınlarına səbr versin. 8 il yataq xəstəsi oldu. Dəfələrlə onu itirməklə üz-üzə qalmışıq. Ruhu şad olsun. Çox ağrı, acı çəkdi”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.