"Bilirsiniz ki, Venesuela neft tankerlərinin bloklanmasını əmr etdim. Bundan sonra isə Venesuelaya qarşı hərbi əməliyyat ehtimalı istisna deyil. Bu, mümkün variantdır".

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "NBC News"a telefonla açqılamasında bildirib.

Tramp qeyd edib ki, əgər hər hansı br neft tankeri Venesuelaya girib-çıxarsa, onu dərhal "həbs" edəcəklər: "Bu kontekstdə hər əməliyyat planı da var. Əməliyyat istisna deyil. Vaxta gəldikdə isə, bu, vəziyyətdən asılıdır. Əgər onlar dənizdə üzməyə davam edəcək qədər axmaqdırlarsa, o zaman əziyət çəkmədən elə bizim limanlarımızdan birinə xoşluqla gəlsinlər"

Tramp son məqsədinin Venesuela prezidenti Nikolas Maduronu devirmək olub-olmadığı ilə bağlı suala isə belə cavab  verib: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir".

Zülfiyyə Mustafayeva

MİA.AZ