"Avropa İttifqaı ölkələridə dondurulmuş Rusiya aktivlərindən istifadə cəhdləri var. Əgər bu gizli şəkildə edilsəydi, oğurluq, açıq şəkildə edildiyi üçün soyğunçuluq olardı. Deyirəm: hər iki halda nəticələri ağır olacaq."
Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvadakı "Qostini Dvor" mərkəzində keçirilən illik mətbuat konfransında suala cavabda deyib.
Putin bildirib ki, Rusiya aktivlərinin ələ keçirilməsi cəhdi digər ölkələrin Avropaya olan etimadı sarsıdacaq: "Rusiya xaricindəki bir çox ölkə ehtiyatlarını Avrozonada saxlayır. Məsələn, neft hasil edən ölkələr. Artıq onlarda aktiivlərinin gələcəyi barədə şübhələr yaranmağa başlayıb. Baxın, bunlar sabah LGBT icması ilə bağlı siyasəti bəhanə edərək, oxşar addımlar ata bilərlər. Məsələn, bilirsiniz ki, müsəlman ölkələrində LGBT ilə bağlı bir çox sərt qanunlar var. Bunlar sabah o sərt qanunları bəhanə edərək, onların aktilərini ələ keçirmək can atya bilər. Qaldı bizim aktivlərə, biz hüquqi yollarara da əl atacağıq. Biz siyasi qərarlardan asılı olmayan məhkəmə sistemi daxilində özümüzü müdafiə edəcəyik. Gec-tez Avropa Rusiyanın aktivlərindən oğurladığı hər şeyi geri qaytarmalı olacaq....".
Samir MUSAYEV
MİA.AZ