Sumqayıtda hoteldəki yanğın söndürülüb.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub: "Restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
***
Sumqayıtda "Samovar" hotel-resotranda yanır.
Mia.az Report-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.