Bu gün səhərə yaxın Türkiyədə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 05.15-də Hatay şəhərinin Hassa rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 7,41 kilometr dərinlikdə olub. İtki və dağıntı olmayıb.

Firudin Səfərli

MİA.AZ