"Qara dənizdə hücuma məruz qalan gəmilərimizlə bağlı bağlı iki ölkəyə xəbərdarlıq etdik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında səsləndirib.
O, ötən həftə Qara dənizdə daha bir türk gəmisinin dronla vurlmasına eyham edərək, bildirib ki, kommersiya və mülki gəmilərin hədəf alınması heç kimə fayda verməyəcək: "Bununla bağlı xəbərdarlıqlarımızı Rusiya və Ukraynaya çatdırdıq. Unutmayaq ki, bu hücumlar Montrö Boğazları Konvensiyasına ciddi şəkildə riayət edildiyi və müharibənin bölgəyə yayılmasının qarşısını aldığı bir vaxtda baş verir".
Ərdoğan daha sonra Azərbaycan-Ermənistan arasındakı danışıqlara toxunub: "Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir. Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa hər zamankindən indi daha yaxındırlar. Bu prosesə paralel olaraq, Azərbaycanla dialoq çərçivəsində Ermənistanla normallaşma proseslərimizi də irəlilədirik. İnşallah, gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atacağıq...".
Firudin Səfərli
MİA.AZ