Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın tanınımş üzvlərindən Şamil Tayyar narkotik, qrup seksi iddiaları ilə həbs edilən "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ersoy və aparıcıları haqda istintaqa diqqətçəkənı mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, həbs edilənlərdən daha betər cinayətlərə yol vermiş və onlardan daha çox tanınan birilərinin olduğunu da iddia edib.

Şamil Tayyar deyib: "Mehmet Akif Ersoya qarşı iddialardan daha ağır ittihamları olan biri var, lakin onlara qarşı heç bir tədbir görülməyib. Onların adının zamanla ortaya çıxıb-çıxmayacağını bilmirəm. Ətraflı məlumat verməyəcəyəm. Bəlkə də istintaq hələ də davam edir. Əgər bu şəxsə qarşı heç bir hüquqi tədbir görülməsə, o zaman istintaqın siyasi bir ölçüyə malik olduğu qənaəti yaranacaq"

O, həmin şəxs və iş yeri haqda hər hansı məlumat verməyib. Yalnız bu ittihamların "Kanarya" kod adlı anonim şahidin ifadəsi ilə sənədləşdirildiyinə ehyam vurub: "Əgər narkotiklə mübarizə aparırıqsa, Mehmet Akif Ərsoya qarşı ittihamlarla üzləşən şəxslərə qarşı da tədbir görülməlidir. Nəzərdə tutduğum o şəxs tanınmış adamdır, lakin indiyədək heç bir tədbir görülməyib"

Firudin Səfərli

MİA.AZ