Türkiyənin Xarici işlər naziri Hakan Fidan bu gün ABŞ-ın Ankaradakı səfiri, eyni zamanda, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qapalı keçirilən görüşdə əsas mövzu Suriya və Qəzzadakı son vəziyyət olub.

Məlumata görə, tərəflər son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Hakan Fidan düz bir ay əvvəl də Barakla görüşüb.

Firudin Səfərli

MİA.AZ