"Məmləkətdə ən bəyəndiyim nazir, Emin Əmrullayev deyib ki, sitat: “Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” Əsl fəlsəfi təməldir, bəyəndim, hətta təklif edirəm ki, bu prinsip bütün dövlət-hökumət məmurlarına şamil olunsun, məsələn, ÜDM lazımı templə artmırsa, inflyasiya azalmırsa, insanların rifahı yüksəlmirsə, iqtisadiyyatla məşğul olan hüquqşünas nazirlər niyə maaş alırlar, nədən xidməti maşınları var, nə səbəbə onların sürücü və katibəsi olmalıdır? Əgər məhkəmə hakimi ədalətli qərar vermirsə, hakimin verdiyi qərar Avropa İnsan Hüquqları Məhkəməsində yanlış və ədalətsiz çıxırırsa, onlar niyə maaş alırlar?!"
Mia.az xəbər veirr ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, dünən çəkilən asfalt bu gün dağılırsa, infrastrukturla məşğul olan nazirlik və idarə rəhbərləri niyə yaxşı evlərdə yaşamalıdırlar, niyə maaş-bonus almalıdırlar: "Baş nazirin işi ancaq toyda-yasda iştirak etməkdirsə, niyə onun bir neçə müavini, yaxşı maaşı olmalıdır ki?! AMEA-da ən böyük "uğur", nə ciddi "kəşf" nərd oynayarkən stəkanla belə şeş-qoşa atan "alimlərimizin" olmasıdırsa, niyə AMEA var, nədən maaş alırlar, niyə ləğv edilmir?!
Siyahını uzada da bilərəm, amma, Emin müəllimin təklif etdiyi təməl prinsiplə razıyam, bütün ölkədə, bütün nazirlik və dövlət idarələrində mütləq tədbiq edilməlidir, yəni, nəticəyə görə maaş-bonus, qazanc siseminə keçməliyik. Belə bir sistemə keçsək, məmləkətdə son nəticəyə görə mükafatlandırma olsa, məmurların bir çoxu acından oboy yeyər..."
Samir Musayev
MİA.AZ