Türkiyədə İŞİD terror təşkilatı və onun təbliğatçılarına qarşı fasiləsiz tədbirlər davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, ötən gün keçirilən əməliyyatda İŞİD və digər terror təşkilatı olan TKP/ML-in daha 13 üzvü qandallanıb: "İstintaqla müəyyən olunub ki, onlar terror təşkilatlarının təbliğatını aparmaqla yanaşı, həm də maliyyə dsətəyi veriblər".
Firudin Səfərli
MİA.AZ