Bu gün Türkiyə Xarici İşlər naziri Hakan Fidan "Kurtlar vadisi" serialından qaynaqlanan "O, serialın gizli qəhrəmanlarından Abdullah Çatlının protipidir. Üzü əməliyyatla dəyişib", - deyə yayılan şaiyələrin ildən-ilə az qala gerçək kimi qəbul edilməsinə münasibəti bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, canlı yayımlanan efirdən bu sualı gülərək qarşılayıb.
Nazir gənclərin bəzən ona bu barədə sual verdiyinə də eyham vurub:

HAKAN FİDAN - ABDULLAH ÇATLI
"Bəzən gənclər bir şey deyəndə deyirəm ki, "Maskamı çıxarım?'. Bəzən gülürük, bəzən deyirik ki, bu haradan çıxdı?' Deyəsən, hansı obrazı yaratdığımızın fərqində deyilik. Çünki biz işimizə diqqət yetirən insanlarıq. Amma insanların da mütləq bir qavrayışı var. İnsanlar danışır, reaksiya verir. Mən bunu çox dəyərli hesab edirəm...".
Xatırladaq ki, "Kurtlar vadisi" serialından sonra Türkiyədə istər mediada, istər sosial platformalarda Hakan Fidanın, əslində, Susurluk hadisələrində vəfat edən Abdullah Çatlı olduğu və Çatlının üzünü dəyişdirmək üçün əməliyyat olunduğu iddiaları zaman-zaman tirajlanır.
Hətta bir dəfə Çatlının qızı Gökçen Çatlı bu iddiaları cavablandırıb: "İcazə verin, bu suala atamın sözləri ilə cavab verim: iki nəfərin bildiyi sirr sirr deyil. Əgər belə bir şey varsa, onu yalnız bir nəfər bilərdi. Atam belə bir şeyi edərdimi? Etsə də, bunu gizlicə edərdi. Nə mən, nə də qardaşım bundan heç vaxt xəbər tutmazdıq"
Samir Musayev
MİA.AZ