Bu gün Türkiyə parlamentində büdcə layihəsinin müzakirəsi zamanı böyük gərginlik  yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 2026-cı il büdcə müzakirələri zamanı İYİ Partiyası ilə DEM Partiyası deputatları üz-üzə gəliblər.

Məlumata görə, buna səbəb  İYİ Partiyasının Adanadan deputatı, türk  millətçilərinin və Bozqurdların unudulmaz lideri Türkeşin qızı Ayyüce Türkeş Taşla DEM Partiyasının Ağrıdan olan deputatı Sırrı Sakık arasında başlayan polemikanın böyüməsi olub.

Xəbərdə deyilir ki, söz alan Türkeşin qızı hazırda İstanbulun İmralı adasında ömürlük cəzasını çəkən PKK lideri Abdullah Öcalının buraxılmasına eyham vuran DEM partiyalı depututtlara və PKK liderinə qarşı sərt mövqe tutub. O, Öcalanı qatıl adlandırıb: "Qatil, qatil, qatil!. O, qatil kimi də orada gəbərəcək"

Onun bu sözlərdən sonra DEM partiyalı deputatlarla İYİ partiya deputatları bir-birlərinin üzərinə "yeriyiblər".

Firudin Səfərli

MİA.AZ