Bu gün Türkiyədə güclü zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, saat 13.15-də Hatayın Antakya şəhərinə baş verən 4,2 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə olub.
Zəlzələdə ölən və yaralannan olmayıb.
Xatırladaq ki, 3 il əvvəl 6 fevralda Hatayda baş verən zəlzələlərdə 13 mindən çox bina dağılmışdı, minlərlə insan ölmüşdü.
Firudin Səfərli
MİA.AZ