Narkotik və qrup seksi ittihamları ilə saxlanılan Türkiyənin "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ərsoyun atası Nadir Ərsoy açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oğlunun günahsız olduğunu və Yusif peyğəmbər kimi düşdüyü quyduan güclənərək çıxacağınına inandığını deyib: "Oğlum günahsızdır. Bu da sübut olunacaq. İnşallah, oğlum o hücrədən Yusif peyğəmbər kimi daha güclü çıxacaq".

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu qeyd olunan ittihamlarla "Habertürk"ün  baş redaktoru Mehmet Akif Ərsoyu, aparıcıları Mustafa Manazı, Ufuk Tetiki və Ebru Gülanı həbs edib.

Mehmet Akif Ərsoy prokurorluğa verdiyi ifadəsində isə ittihamı rədd edib: "Mənə qarşı ifadələri və ittihamları qəti şəkildə rədd edirəm. Həyatımda heç vaxt narkotik istifadə etməmişəm. Bu iddialar çox çirkindir".

Firudin Səfərli

MİA.AZ