ABŞ-da Braun Universitetində silahlı hücum olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rod-Aylend Baş prokuroru Peter Neronha 13 dekabrda Providens ştatının Braun Universitetində baş verən hücumla bağlı istintaq barədə adıçəkilən kanala açıqlama verib.
O bildirib ki, hücum zamanı 2 nəfər ölüb, 9 yaralı var: "Hadisəni törədən şəxs saxlanılıb. Onun ətrafında dərin araşdırma aparılır. İstintaq ən xırda detalı belə gözdən qaçırmır."
Yerli polis idarəsidən isə bildirilib ki, şübhəliyə qarşı yetərli dəlil olmadığı üçün o, azad olunacaq.
Şəhər meri Brett Smiley də hücum edən şəxsin hələ tapılmadığını deyib.
Xatırladaq ki, 13 dekabrda Braun Universitetinin kampusunda silahlı şəxs iki nəfəri güllələyərək öldürüb, doqquz nəfəri yaralayıb.
ABŞ prezidenti Donald Tramp hadisənin FTB tərəfndən də araşdırıldığını deyib.
Samir Musayev
MİA.AZ