Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum edilən 55 yaşlı Zaman Bayramov yaşadığı evə doğru gedən qadına yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib.

O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbiri ilə Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.