Bu gün Qara dənizin Türkiyənin Kastamonu sahillərində 4. və bundan bir neçə dəqiqə sonra isə Aralıq dənizində Mersin sahillərində 3,5 bal gücündə, ardınca isə 4,2 bal gücündə ard-arda zəlzələlər baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edilib ki, saat 21.13-də Kastamonuda Cide rayonu sahillərində gerçəkləşən zəlzələ 6,7 kilometr dərinliyində, saat 21.18-də Mersin Anamur rayonu sahillərində 13,87 kilometr dərinliyində baş verən zəlzələlərdə ölən və ya yaralananlar olmayıb.
Firudin Səfərli
MİA.AZ