"HaberTürk" kanalının xəbər aparıcısı Ela Rümeysa Cebecinın telefonunda kanalın narkotik və qrup seksi ittihamı ilə tutulan Baş redaktoru Mehmet Akif Ərsoyun narkotik istifadə etdiyi bir mühitdə çəkilmiş olduğu iddia edilən fotoşəkilinin tapılması barədə məlumat böyük ajiotaj yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, belə bir iddanı jurnalist İsmayıl Saymaz açıqlayıb.
O iddia edib ki, həbs olunan jurnalist Mehmet Akif Ərsoyun narkotik istifadə mühitində çəkilmiş şəkli Ela Rümeysa Cebecinin telefonunda tapılıb.
Bu iddiaların tirajlanmasından sonra Ela Rümeysa Cebeci qısa açıqlama verib: "Qeyd olunan iddia doğru deyil. Telefonumda Mehmet Akif Ərsoyla çəkdiyim şəkil yoxdur. Sosial həyatımda Mehmet Akif Ərsoyla yalnız bir dəfə, bütün kanal işçilərinin qatıldığı tədbirdə qısa söhbət etmişəm. Bundan başqa, işdən kənarda onunla heç bir görüşüm olmayıb"
Cebeci əlavəe dib ki, prosesi sürətləndirmək üçün könüllü olaraq telefonunun şifrəsini polisə verib: "Mən intizamlı bir həyat sürürəm. Telefonum yoxlanılır, çünki gizlədəcək bir şeyim yoxdur".
Xatırladaq ki, aparıcı saxlanlsa da, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Firudin Səfərli
MİA.AZ