Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir.
Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur.
Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata keçiriləcək.
Bu da əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı imkanlarının daha da artırılmasını şərtləndirir.
