Ukrayna prezidenti Zelenski onu ölkəsində yeni prezident seçkisinə çağıran Donald Trampa Romadan cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın Roma şəhərində Baş nazir Giorgia Meloni ilə görüşdən əvvəl İtaliyanın aparıcı qəzetləri olan "Repubblica" və "Messaggero"ya müsahibə verən Zelenski Donald Trampın çağırışını cavablandırıb.
O, Trampın ona ünvanlı "Müharibəni bəhanə edib, seçki keçirmir. Ancaq artıq bunun vaxtıdır", bəyanatını doğru saymayıb: "Biz müharibənin arxasına sığnmamışıq. Lakin ruslar hər gün bomba yağdırır. Avropa və xüsusən ABŞ bu hücumun qarşısını almağa bizə kömək etsin ki, biz də maksimum 90 gün içində seçki keçirək. Mən heç vaxt seçkidən çəkinməmişəm. Əksinə, həmişə buna hazıram. Problem təhlükəsizlikdir, biz buna zəmanət istəyiik...".
Zelenski həmçinin sülh danışıqları ilə bağlı İtaliya Baş naziri Meloniyə etibar etdiyini bildirib.
Samir Musayev
MİA.AZ