Türkiyənin Qars şəhərində axşam saatlarında başlayan qar güclənərək bəzi bölgələrdə "həyatı dondurub".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərin bir çox küçələrində nəqliyyatın hərəkəti çətinləşib.
Məlumata görə, bölgədəki 17 kəndin yolu isə bağlanıb: "Artıq şəhər mərkəzində bir yolu, Diqorda üç və Sarıkamışda 13 kənd yolu güclü qar səbəbindən bağlanıb. Yol idarəsi işçiləri bağlanan yollarda işə başlayıblar. Qar hazırda davam edir...".
Firudin Səfərli
MİA.AZ