Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Mia.az xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Həmid oğlu Əliyev, arvadı 1968-ci il təvəlüldlü Elza, oğlu 1994-cü il təvəllüdlü Şəmistan və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndindəki evlərində qidadan (pomidor turşusu) zəhərlənməilə xəstəxanaya gətiriliblər.

Onlardan Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin isə qənaətbəxşdir.

Araşdırma aparılır.

***

Bərdədə qidadan zəhərlənən bir ailənin üzvlərinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Mia.az-a bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.