İstanbulun Çekmeköy rayonunda narkobaronlara qaşrı əməliyyatda atışma yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bakı vaxtilə saat 08.30-da baş verib.
İstanbul polisindən bildirilib ki, Aydınlar məhəlləsindəki Adnan Kahveci küçəsindəki bir ünvanda narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyat zamanı dəstə üzvəri polisə müqavimət göstərib: "Evdən polisə atəş açan dəstə üzvəri polis zabiti Emre Albayrakı yaralayıb. Çıxan atışmada dəstə üzvlərindən E.A. öldürülüb. Digər şübhəlilər isə saxlanılıb".
Firudin Səfərli
MİA.AZ