"Zelenski mənim sülh planımı oxumayıb, buna çox məyus oldum".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin təklif etdiyi 28 maddəlik "sülh planı"na münasibətdə deyib.

O, Kennedi Mərkəzində keçirilən tədbirdə jurnalistlərin  mətbuatın suallarını cavab olaraq bildirib ki, Ukrayna xalqı və Rusiya onun planını bəyənir: "Zelenskinin bununla bağlı bir problemi olub-olmadığına isə əmin deyiləm".

Prezident daha sonra özünü tərifləyib: "Mən səkkiz müharibəni tariflər sayəsində bitirdim. Mövcud tarif sistemi daha qlobal milli təhlükəsizliyi təmin edir".

ABŞ prezidenti Kanada və Meksika ilə ticarət mövzusunda məhsuldar danışıqlar apardığını da sözərinə əlavə edib: "Əvvəllər Kanada ilə ticarət danışıqlarını dayandırmışdıq. İndi bərpa olunub-olunmamasına baxarıq. Problem ondadır ki, Kanada bizə lazım olan bir çox şeyi istehsal edir. Biz indi özümü də onlardan bəzilərini istehsal edirik. Bir sözlə, bu problemin öhdəsindən gələcəyik"

Samir Musayev

MİA.AZ