Neftçala rayonunda Balıq Festivalı 4 il ərzində keçiriləcək.
Neftçala rayon İcra başçısıi Mirhəsən Seyidov, İcra Hakimiyyətinin nümayəndələri və rayon əhalisi festivalda iştirak ediblər.
Facebook sosial platformasında “Bizim Salyan” səhifəsində Mirhəsən Seyidovun çıxış edərkən görüntüsü paylaşılıb. Paylaşımda başçının plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və qiymətinin təqribən 13 000 avro (25.730 azn) olduğu qeyd edilib.
Məsələni araşdırmaq üçün Ajans.az Neftçala Rayon İcra Hakimiyyətinin qaynar xətti (021-267-42-43) ilə əlaqə saxlayıb. Lakin zənglərimiz cavabsız qaldı. Həmçinin əldə etdiyimiz,digər şəxsi nömrələr ilə də əlaqə saxlamağa çalışdıq. Amma sorğu və zənglərimiz cavabsız qaldı.